banner
banner

Şou

Moda dünyasının 21 yaşlı yeni ulduzu - FOTOLAR

Moda dünyasının 21 yaşlı yeni ulduzu -

"Victoria's Secret Pink" yeni reklamında kolumbiyalı gözəl Daniela Lopes Osorionu çəkib.
Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Daniela internetdə çimərlik geyimində podiumda gəzdiyi görüntü ilə məşhurlaşıb. Qısa müddətdə dünya brendlərinin marağını özünə çəkən 21 yaşlı Lopes bu yayın sonunda firma ilə müqavilə imzalayıb. Reklam fotosessiyasının fasiləsində o, "NY Post"a müsahibəsində o, hər şeyin çox sadə olduğunu deyib:

"Heç bir pəhrizdən istifadə etmirəm. Fasilələrdə mütləq sendviç yeyirəm. Kolumbiya gözəlliyi iri sinə, liposaksiya edilməsi və silikonlarla ombanın böyük göstərilməsidir. 15 yaşım olanda bütün rəfiqələrim artıq əməliyyat etdirmişdilər. Mənim valideynlərim isə bunu dəstəkləmirdilər".

O, Gigi və Bella Hadidin modellərin arıq olmaması barədə fikirlərini dəstəkləyir:

"Onlar moda sənayesində bu vəziyyəti dəyişdirəcəklər. Bədən təkcə arxadan ibarət deyil. İnsan yaş ötdükcə dəyişir. Amma xarakter qalır. Məsələn, mənim əla ləhcəm var. Dostlarım deyir ki, buna görə sənə hər şeyi bağışlamaq olar".

Daniela Lopes ilin əsas tapıntısı və ən böyük modellərin ciddi rəqibi kimi proqnozlaşdırılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.