Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxıb.
Bu barədə azvision.az-a universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən öz istəyi ilə kənarlaşıb.
Bildirilib ki, hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb.
"Qafqazinfo" məlumatı dəqiqləşdirmək məqsədi ilə Bakı Biznes Universiteti ilə əlaqə saxlayıb. Faktı oradan da təsdiqləyiblər.
Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziridir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.