banner
banner

Sosİal

Ləman Ələşrəfqızından MTRŞ sədrinə sərt cavab: “ANS-in sifəti pornoqrafiya deyil!”

Ləman Ələşrəfqızından MTRŞ sədrinə sərt cavab:
ANS TV-nin tanınmış əməkdaşı, əməkdar jurnalsit Ləman Ələşrəfqızı MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin telekanal haqqında səsləndirdiyi fikirlərə sərt cavab verib. Bu barədə öz Facebook səhfəsində status paylaşan jurnalsit qəzəbini bu cür ifadə edib: 
“ANS-in sifəti pornoqrafiya deyil, ANS-in sifəti Qarabağdır, ay Nişirəvan Məhərrəmli. ANS olmasaydı, inanın, bəlkə də Qarabağ yaddan çıxmışdı. Və nə yaxşı ki, bunu bizdən də qabaq APA sizə xatırladıb və mən öz adımdan müsahibəni götürən müxbirə təşəkkür edirəm.
Qaldı pornoqrafiyaya, siz bu ifadə ilə bütöv bir kollektivi təhqir edirsiz. Şəxsən mən, iki uşaq anası, əməkdar jurnalist, vaxtını evindən də çox işdə keçirən, son 5 ayda 5 tarixi sənədli film hazırlayan müxbir bu sözü özüm üçün təhqir sayıram. Siz isə sanki müharibə şinelindən çıxan bir kanaldan yox, düşməndən danışırsız. Bir məmur ki, məsələlərə şəxsi prizmasından baxır, hər cümlə başı "Bu ANS-in sifətidir"- deyir, inanın, o məmur yaxşı məmur deyil”.
 
Qeyd edək  ki, Nuşurəvan Məhərrəmli mətbuatda verdiyi müsahibəsində ANS telekanalının ünvanına ciddi ittihamlar səsləndirib: 
“ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu, onun sifətidir". 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.