Professor Xaləddin İbrahimli "Azərbaycan" Universitetinin ona bir illik maaşını ödəməmələrindən şikayətçidir.
Bu barədə məlumat verən X. İbrahimli bildirib ki, univerisitet bir ildir ona maaşını ödəmir: “2014-2015-tədris ilində iki dissertantın elmi rəhbəri olmuşam. Buna görə mənə bir manat da verməyiblər. Hər dəfə “gələn ay verəcəyik” deyərək aldadırlar. Təxminən 1 il üçün mənə 2000 manat pul ödəməlidirlər. Hər ay hansısa sənədin yenidən hazırlanacağını bəhanə edirlər. Gah deyirlər ki, müqavilə olmayıb, müqavilə bağlanandan sonra deyirlər ki, düzgün hesablanmayıb, yenidən hesablanmasına ehtiyac var”.
Professor problemin universitetin keçmiş rektoru Eldar Qəhrəmanovun dövründə baş verdiyini qeyd edib: “Yeni rektor Fərid Əhmədov da bu gün-sabah deyərək problemin həllini yubadır”.
“Qafqazinfo” məsələ ilə bağlı universitetin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, Xaləddin İbrahimlinin iddia etdiyi kimi ona ödənilməli olan məbləğ 2000 manat deyil: “Bu rəqəm 500 manat təşkil edir. Biz onunla danışmışdıq və demişdik ki, bir neçə günə məbləğ onun hesabına köçürələcək. Artıq qeyd olunan məbləğ onun hesabına köçürülüb”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.