Bakının Binəqədi rayonunda qaz verilişi dayandırılıb.
“Azəriqaz” ASC-nin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı İbrahim Kəlbalıyev AzNews.az-a bildirib ki, qaz xətlərinin “Azəristiliktəchizat” ASC-nin qazanxanalarına birləşdirililməsi işi aparıldığından bir neçə saata qaz verilişi dayandırılıb:
“Qaz xətləri “Azəristiliktəchizat” ASC-nin Binəqədi rayonunda yerləşən 269, 271, 274 saylı qazanxanalarına birləşdirilir. Bu da Binəqədi rayonunun böyük bir ərazisini əhatə etdiyindən rayonda qazın verilişi müvəqqəti olaraq dayandırılıb. Təmir işləri bitəndən sonra rayona mavi yanacağın verilişi bərpa olunacaq”- deyə İbrahim Kəlbalıyev bildirib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.