Balakən rayonu İcra Hakimiyyətinin şöbə müdirinin qızının qaçırılması ilə bağlı yayılan məlumatlardan danışıb. CİA.Az anspress-ə istinadən xəbər verir ki, Vüqar Taşov bildiirb ki, yazılanlar həqiqətə uyğun deyil.
Vüqar Taşovun sözlərinə görə, onun qızı heç yerə qaçmayıb və indi evdədir.
"Birincisi qızım 9-cu sinifdə oxuyur, ikincisi o heç yerə qaçmayıb. Hazırda evdədir. Sadəcə evdə narazılıq olmuşdu. Üstünə qışqırmışdım. Bir az qorxmuşdu. Hələ uşaqdır, dərsi var. Universitetdə oxumalıdır. Onun sevgi barədə düşünən vaxtı deyil. Yazılanlar yalandır”, - deyə Vüqar Taşov bildirib.
Qeyd edək ki, axar.az saytı Balakən rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun 8-ci sinifdə oxuyan 14 yaşlı qızı könüllü qaçdığı ilə bağlı məlumat yaymışdı. Məlumatda qızın ailəsinə məktub yazdığı da qeyd olunurdu.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.