Qəzada ölən jurnalistlə bağlı mükafat təsis olundu
Bir il əvvəl yol qəzasında faciəvi şəkildə həyatını itirən gənc fəal Fuad Abdurahmanlının xatirəsinə həsr olunmuş “Fuad Turan Fondu” və bu fondun təsis etdiyi “Fuad Turan” mükafatının təqdimat mərasimi keçirilib.
Mərhum gənc jurnailst, milli fəal Fuad Turan Abdurahmanlının tutduğu yolun, daşıdığı dəyərlərin önəmindən və təsis edilən bu fondun cəmiyyətə verəcəyi faydalardan, həmçinin fondların dünya və Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs ediblər.
Mərasimdə təsisi baş tutan “Fuad Turan Fondu”nun fəaliyyət istiqaməti haqqında iştirakçılara geniş məlumat verilib. Fondun əsas məqsədinin onun hesabına ediləcək şəxsi yardımlar, eləcə də fondun hər il təşkil edəcəyi xeyriyyə aksiyalarından əldə edilən ianələr hesabına azərbaycanlı gənclərin xaricdə təhsil almasına yardım etmək olduğu bildirilib.
Tədbirdə fondun idarə heyətinin Əminə Əliyevanı “Fuad Turan Fondu”na sədr seçdiyi elan olunub. Bununla da, Əminə Əliyeva sədrliyi qəbul edib. Əminə xanım çıxış edərək xalqımızın yardımsevərliyi sayəsində ildən-ilə daha çox gəncimizin təhsil almasına yardımçı olacaqlarına ürəkdən inandığını vurğulayıb.
Həmçinin, hər il ənənəvi olaraq, Fuad Turan Abdurahmanlının doğum günündə eyniadlı fond tərəfindən il ərzində öz sahəsində uğur qazanan bir azərbaycanlı gəncə “Fuad Turan” mükafatının təqdim olunmasının nəzərdə tutulduğu da vurğulanıb.
Mükafatın ilk sahibi çoxsaylı namizədlər sırasından seçilən, ADA universitetinin tələbəsi İsmayıl Zeynallı olub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.