Sənətçinin mediaya qapalı məclisi artıq başlayıb. Toyun aparıcısı Nəsib Nur, idarə edəni isə əməkdar artist Abbas Bağırovdur.
N.Qaraçuxurlu toyunda bəzi dövlət məmurları iştirak etdiyinə görə, məclisi mediaya qapalı etdiyini bildirib. Namiq açıqlamasında qadın və kişi məclisinin ayrı olacağını, sənət dostlarından bəzilərini məclisinə dəvət edəcəyini söyləyib:
“Sənət dostlarımdan bəzilərini toya çağırmayacam. Neçə ildir sənətdəyəm. Əksəriyyətinin xoş günündə iştirak etmişəm. Eləsi var ki, toyuna çağırmayıb. Onları mən də dəvət etməyəcəm. Toydan sonra bal ayına gedəcəm. Bu yay dincəlməmişəm. Bir neçə isti ölkəyə gedəcəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.