“PKK Güney Doğu Anadoluda paralel dövlət yaradıb. PKK nə silahı yerə qoyub, nə də terroru dayandırıb. Ancaq AKP hökumətinin basqısı ilə Türkiyə Silahlı Qüvvələri, jandarm və polis bir müddət silahı yerə qoymağa məcbur edilib. İndi isə PKK-ya qarşı hərəkətə keçmək üçün Türkiyə Silahlı Qüvvələri yerli valilikdən icazə almaq məcburiyyətindədir. Çünki AKP ilə PKK-nın bazarlığı hələ bitməyib. 2015-ci il fevralın 28-də PKK lideri Abdullah Öcalanın İmralı həbsxanasından yazdığı məktubu Türkiyə dövlətinin baş nazirin müavini, daxili işlər naziri efirdən türk millətinə oxuyub. Bu, çox utancvericidir. AKP Türkiyəni PKK qarşısında belə acınacaqlı duruma gətirib”.
Bu sözləri Türkiyə mediasına açıqlamasında Milliyətçi Hərəkat Partiyasının Qaziantep millət vəkili, “21-ci yüzil” Strateji Araşdırma Mərkəzinin rəhbəri Ümit Özdağ deyib. Ü.Özdağ AKP iqtidarının PKK məsələsində tutduğu mövqeyi terrorla mübarizə yox, terrora daha geniş meydan verilməsi kimi dəyərləndirib.
Türkiyənin digər tanınan politoloqları da gündən-günə ağırlaşan təhlükəsizlik probleminin kökündə hakim komandanın PKK ilə tərəf kimi davranmasının dayandığını bildirir. Onların fikrincə, Türkiyə hökumətinin ən böyük yanlışlarından biri həbs ediləndən sonra Abdullah Öcalan haqqında ölüm hökmünü icra etməməsidir. Onların arqumentləri Abdullah Öcalanın liderlik etdiyi PKK-nın onminlərlə günahsız insanı qətli yetirməsinin məhkəmədə sübut olunmasıdır.
Politoloqlar bildirir ki, əgər Türkiyə beynəxalq basqılara baxmayaraq, Öcalan haqqında ölüm hökmünü icra etsəydi, PKK parçalana, qısa zamanda dağıla bilərdi.
Dünya tarixindəki bir çox terror təşkilatları məhz liderlərinin məhz edilməsi ilə ləğv olunub. Çünki bu tip qruplaşmalarda liderin aradan götürülməsi hörgütün bir neçə qola ayrılmasına, lider sağ ikən ikincilik iddiasında olan şəxslərin liderlik savaşına girərək rəqiblərini sıradan çıxarmasına, bununla da daxili çəkişmələrin yüksələrək xaos yaranmasına səbəb olur. Ancaq Türkiyə hökuməti bu addımı atmadı. Proses AKP iqtidarda möhkəmləndikcə faktiki olaraq PKK-nın lehinə davam etdi.
Hökumət kürd açılımı, daha sonra isə çözüm sürəci altında PKK-nın siyasi qolları ilə müzakirələr başladı, hətta bu müzakirələr şəxsən Öcalan qoşuldu, AKP Öcalanın saxlandığı İmralı həbsxanasına heyətlər göndərdi, Öcalanın PKK-ya yönəlik mesajları təşkilat üzvlərinin nəinki Güney Doğu Anadoluda, hətta Türkiyənin ən iri şəhərlərində keçirilən mitinqlərdə səsləndirildi. Öcalan qatil, Türkiyədə saysız qətllər törədən qurumun rəhbəri kimi deyil, az qala haqqı tapdanan kürd xalqının məzlum lideri kimi təqdim edilməyə başladı. Bu durumdan güc alan PKK Türkiyə Silahlı Qüvvələrinə, digər güc strukturlarına, eləcə də dinc əhaliyə qarşı terror əməliyyatlarını genişləndirdi və bu gün Türkiyə faktiki olaraq öz ərazilərinin böyük bir hissəsinə nəzarət etmək iqtidarında deyil.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Türkiyə hökuməti PKK ilə Keniyada hesablaşmalı idi: “Abdullah Öcalanla bağlı iki mümkün variant var idi. Ya onu sağ ələ keçirməmək və məsələyə elə yaxalandığı Keniyada nöqtə qoymaq, ya da məhkəmə qərarına əsasən ölüm hökmünün icrası... Ancaq ikinci ona görə mümkün deyildi ki, Türkiyədə ölüm hökmü ləğv edilmişdi. Yalnız Öcalana görə ölüm hökmünü bərpa etmək mümkün olmayacaqdı. Ancaq birinci variant mümkün idi. Sadəcə, o zamankı Türkiyə hökuməti düşündü ki, bu ölkəyə daha çox problem yarada bilər. Maraqlıdır ki, o zaman Milliyətçi Hərəkat Partiyası hökümətin ortağı, partiyanın lideri Dövlət Baxçalı isə baş nazirin müavini idi. Hətta o belə, Abdullah Öcalanı məhv etmək qərarını verməyə risq etmədi. Halbuki, bu məsələdə mərhum baş nazir Bülənt Ecevitə təzyiq edə bilərdi. Demək, Dövlət Baxçalının da bildikləri var idi”.
Ancaq politoloq Öcalan haqqında məhkəmə hökmünün icra edilməsi ilə PKK məsələsinin həll edilməsi arasında bərabərlik işarəsinin qoyulmasını doğru saymır: “Abdullah Öcalanın məhvi ilə PKK problemi həll edilməyəcəkdi. O yaxalandığı gün Avropadakı bütün radikal kürdlər ayağa qalxdılar, Türkiyə səfirliklərinə hücum etdilər. Sonrakı mərhələdə isə yeni Türkiyə hökuməti Öcalandan istifadə etməyə qərar verdi. Ancaq bu da nəticə vermədi. Bəli, Abdullah Öcalan iki dəfə tərəfdarlarına məktub yazaraq silahlı mübarizəyə son qoymağa və siyasi mübarizəyə keçməyə çağırdı. Ancaq nəticə olmadı. Ya PKK artıq Öcalanaın təlimatlarını saya saymır, ya da Öcalan özü silahlı mübarizəyə son vermək məsələsində səmimi deyil. Ancaq hökumət gələcəkdə də Öcalandan istifadə etməyi düşünür. Yəqin toqquşmalardan sonra yenidən terrorçuların təmsilçiləri ilə təmaslar başlayacaq. Abdullah Öcalan həbs olunanda belə fikir var idi ki, PKK lideri Türkiyənin girovudur və ondan istifadə etmək olar. Ancaq bunun tərsini də söyləmək olar, yəni həbsdə olan baş terrorçu Türkiyəni girovda saxlamağa çalışır ki, sonda ev həbsinə çıxa bilsin. İndi müzakirəsi mümkün olmayan bu məsələ gələcəkdə sülh əldə olunarsa və PKK hökumətin bütün tələblərini yerinə yetirərsə, reallaşa da bilər”.
Bütöv Azərbaycan Birliyi Mərkəzi Şurasının sədri, hazırda İstanbulda yaşayan Aqil Səmədbəyli də hesab edir ki, Türkiyə Öcalan həbs ediləndə böyük bir şansı əldən verib: “Türkiyə zamanında Abdullah Öcalanı Kenyadan tutub gətirəndə hələ uçaqda nə qədər qorxaq birisi olduğunu ortaya qoymuş, “anam türkdür, mən Türkiyəyi çox sevirəm” demişdi. Bundan başqa, Türkiyə dövləti ilə hər cür informasiyanı paylaşmağa hazır olduğunu açıqlamışdı. Belə qorxaq liderlərinin olduğuna şahid olan PKK-lılar mənəvi cəhətdən ölmüşdülər. Terror təşkilatında dağılma sürəci başlamışdı. Türkiyə dövlətinə təslim olanlar, etirafçılar, dağdan qaçanlar və başqaları gündəlik xəbərlərin əsasını təşkil edirdilər. Həmin dönəmdə Türkiyənin başını Avropa Birliyinə üzv olmaq üçün təcili edam cəzasını qaldırmaq nağılıyla qatmış, MHP xaric bütün partiyaların millət vəkilləri edamın ləğvinə səs vermişdilər. Beləliklə Öcalan ölümdən qurtulmuşdu. Sonrakı proseslər isə hamımıza məlumdur. İş o yerə çatdı ki, Türkiyədə alışıq olmadığımız hadisələr cərəyan etməyə başladı. Nəticə göz qabağındadır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.