banner
banner

Sosİal

“Sürüşmə zonasında ev tikmək olmaz” - Abid Şərifov

“Sürüşmə zonasında ev tikmək olmaz”

“İnsanlarımız və ayrı-ayrı qurumlar başa düşməlidir ki, sürüşmə zonasında ev tikmək olmaz”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov deyib.

O bildirib ki, Ekologiya və Təbi Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi birlikdə Abşeron ərazisində sürüşmə yerlərinin sxemini hazırlayıb: “Yəqin ki, yaxın vaxtlarda sürüşmə zonasında evlərin verilməməsinə və ya veriləcəksə, bunun xüsusi razılıq əsasında edilməsinə dair da qərar veriləcək”.

A. Şərifov Ağsu aşırımının əvvəllər sürüşmə zonası olmadığını, sonralar orada aparılan tikinti işləri nəticəsində sürüşmələr baş verdiyini deyib: “Sürüşmənin səbəbkarı çox vaxt özümüzük. Özümüz bunu bilmədən yaradırıq. Tikinti tikən zaman fikir vermək lazımdır ki, infrastruktura ziyan vurulmasın”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.