banner
banner

Gündəm

Mikayılın verilişi niyə bağlanmadı?

Mikayılın verilişi niyə bağlanmadı?

"Space" televiziya kanalında yayımlanan "Sevimli şou" verilişini etik normaları gözləməyən verilişlərlə eyni tərəzinin gözünə qoymaq olmaz".

Cia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Space" TV-nin efirində yayımlanan "Sevimli şou" verilişinin nə üçün bağlanmaması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib. O, kanalın rəhbərliyinin və verilişin aparıcısı Mikayıl Güləddinoğlunun Şuraya dəvət olunduğunu və bu barədə müzakirələr aparıldığını xatırladıb: "Aparıcı Şuranın iradlarına qarşılıq olaraq bildirib ki, yaxın zamanda proqramda dəyişiklik olunacaq. Artıq müəyyən dəyişikliklər də hiss olunur. Bu verilişdə aşağı zövqlərə köklənmiş bayağı musiqilər səsləndirilə bilər. Bunu "Xoşqədəmlə axtarıram səni", "Sən tək deyilsən" kimi insanların faciəsi üzərində şou yaradan, yaxud etik normaları gözləməyən digər verilişlərlə eyni tərəzinin gözünə qoymaq doğru deyil".

Qeyd edək ki, sosial şəbəkələrdə və Şuranın özünə ünvanlanan müraciətlərdə tamaşaçılar "Sevimli şou" verilişinin də bağlanmasını istədiklərini bildirirlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.