banner
banner

Gündəm

“Ziya Məmmədovun qohumu deyiləm”

“Ziya Məmmədovun qohumu deyiləm”
Ötən saylarımızin birində “Nəqliyyat Nazirliyində kim nə qədər ”paket" alır?" sərlövhəli yazı dərc etmişdik. Yazıda  nəqliyyat naziri Ziya Məmmədovun  ən yaxın çevrəsinə daxil olan şəxslərin nəqliyyat sistemində tutduqları vəzifələrdən uzaqlaşdırılaraq istintaqa cəlb olunması, hətta oğlu Anar Məmmədovun da istintaqçıların sorğu-sualından ən son anda yayınaraq ölkədən getməsi xəbəri var. 
 
Redaksiyamıza daxil olan məlumatda bildirilirdi ki, Z.Məmmədov 13 illik nazirliyi dövründə Nəqliyyat Nazirliyini podratçı şirkət kimi idarə edib, şəxsi maraqlarına tabe etdirib. Yaxın qohumlarını vəzifələrə təyin etməklə onlar vasitəsi ilə nazirlikdəki pul axınlarına nəzarət edib.  
Məlumatda qeyd olunurdu ki, bu ilin aprelinə qədər Nəqliyyat Nazirliyinin xətti ilə həyata keçirilən sərnişin daşımalarından gəlirlərin böyük hissəsinə nazirin Ucardan olan qohumu İradə xanım vasitəsilə nəzarət olunub. Pul axını həmin qadın üzərindən baş tutub. 

Redaksiyamızla əlaqə saxlayan İradə Əliyeva barəsində yazılanlara münasibət bildirib. Deyib ki, “Ayşən” MMC-nin direktorudur: “MMC sərnişin daşımaları ilə məşğuldur. 160 və 171 saylı marşrutların istismarçısıyam. Lisenziya əsasında fəaliyyət göstəririk, dövlətin vergisini ödəyirik. Ucarlıyam, Ziya Məmmədovla heç bir qohumluğum yoxdur. Heç vaxt da onunla münasibətim olmayıb. 2000-ci ildən bu işlə məşğulam. Bu sahə Nəqliyyat Nazirliyinə 2008-ci ildə verilib. Yəni mən orada 8 il işləyəndən sonra həmin sahə Nəqliyyat Nazirliyinə verilib”.
 
İ.Əliyeva barəsinə yazılanların həqiqət olmadığını, belə məlumatları bədxahlarının yaydığını söyləyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.