Sevgilisini öldürən idmançı sərbəst buraxıldı - Amma...
Sevgilisini öldürdüyü üçün 5 il müddətinə həbs olunan Cənubi afrikalı atlet Oskar Pistorius azadlığa buraxılıb.
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, olimpiadalara qatılan ilk paralimpik atlet olan və 2013-cü ildə sevgilisi Reeva Steenkampı öldürməkdə təqsirləndirilən idmançı qalan cəzasını ev dustağı kimi keçirəcək. Cənubi Afrika qanunlarına görə, məhkumlar aldıqları həbs cəzasının altıda bir hissəsini həbsxanada keçirdikdən sonra bəzi şərtlərlərlə sərbəst buraxıla bilir.
Qeyd edək ki, Pistorius sevgilisini fevralın 14-ü 2013-cü ildə “Ehtiyatsızlık nəticəsində öldürmək” maddəsi ilə 5 illik həbsə məhkum edilmişdi. 28 yaşlı Pistorius məhkəmədəki ifadəsində evinə zorla girildiyini düşünərək hamamın qapısından atəş etdiyini və o sırada sevgilisini səhvən vurduğunu bildirmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.