banner
banner

Sosİal

Arvadı ilə dalaşdı, özünü yandırdı - Gəncədə

Arvadı ilə dalaşdı, özünü yandırdı -

Bu gün axşam saatlarında Gəncədə yanğın hadisəsi baş verib.

Şəhərin Cavadxan qəsəbəsində Dilqəm Qocayev ailə münaqişəsi zəmnində həyat yoldaşı Ruhanə Qocayeva ilə mübahisə edib və bundan sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. R.Qocayeva və qayınatası Yusif Əhmədov onu xilas etmək istəyərkən özləri də yanıq xəsarətləri alıblar.

Eyni zamanda hadisə baş verən fərdi evin bir otağı yanıb. Hadisə yerinə Gəncə Şəhər Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hər üç şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.