Lənkəran Rayon Mərkəzi Xəstəxanasından "Report"a bildirilib ki, doğuş təbii qaydada həyata keçirilsə də sonradan ananın vəziyyəti ağırlaşıb: "Uşaq normal dünyaya gəlib. Sonradan Şağlasər kənd sakini Səmayə Nazim qızı Ağayevanın halı qəfil pisləşib və həkimlərin səyinə baxmayaraq ana dünyasını dəyişib. Ölümün səbəbi Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsində aparılacaq müayinələrdən sonra məlum olacaq.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.