banner
banner

Sosİal

ƏƏSMN Mingəçevirdə müharibə əllillərinə ev payladı

ƏƏSMN Mingəçevirdə müharibə əllillərinə ev payladı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş daha 9 mənzili müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib. Onlardan 6 ədədi Gəncə şəhərində, 3 ədədi isə Mingəçevir şəhərində qeyd olunan şəxslərə təqdim olunub. Ailə üzvlərinin sayına görə hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, mənzillərin istifadəyə verilməsi tədbirlərində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov müharibə əlilləri və şəhid ailələrinin rifah halının yüksəldilməsinin, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial inkişaf kursunda mühüm yer tutduğunu diqqətə çatdırıb. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının bu sahədə mühüm irəliləyişə şərait yaratdığını vurğulayan nazir müavini Sərəncamın icrası işlərinin nazirlik tərəfindən uğurla yerinə yetirildiyini bildirib: “Respublikanın bölgələrində inşa etdirilmiş 375 fərdi yaşayış evlərindən inşası başa çatmış 41 ev və respublikanın şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil, yəni 100-ə yaxın mənzil artıq son iki həftədə istifadəyə verilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi evlərin tikintisi, hazır yaşayış binalarından yeni mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi, Bakı şəhərində və ayrı-ayrı rayonlarda çoxmənzilli yaşayış binalarının inşası işləri uğurla davam etdirilir”.
İ.Rəhimov müharibə əlilləri və şəhid ailələrinin Prezident təqaüdü və sosial müavinətlərlə təminatının da mütəmadi olaraq gücləndirilməsindən, bu təminat növlərində təkcə son illər ərzində edilən artımlardan bəhs edib. 
Əlil təşkilatlarının nümayəndələri sosial cəhətdən həssas qruplara göstərilən dövlət qayğısının daim artırılmasından razılıqla söz açaraq, dövlət başçısının ölkəmizin dinamik və hərtərəfli inkişafını uğurla təmin edən uğurlu sosial-iqtisadi siyasətinin eyni zamanda hər bir vətəndaşın, eləcə də hər bir əlil və şəhid ailəsinin həyat səviyyəsinin yaxşılaşmasına şərait yaratdığını vurğulayıblar. Tədbirlərdə iştirak edən yerli sakinlər müharibə əlilləri və şəhid ailələrinin daim güclənən dövlət qayğısı ilə əhatə olunmalarının, habelə yeni mənzillərlə təmin edilmələrinin ümumən cəmiyyətimizdə rəğbətlə qarşılandığını qeyd ediblər. 
Yeni mənzillə təmin edilən müharibə əlilləri və şəhid ailələri mənzilə sahib olmağın hər bir ailənin firavan həyatı üçün ən vacib məsələlərdən biri olduğunu və onların istifadəsinə verilən bu gözəl, rahat mənzillərin də yaşayışlarına xeyli rahatlıq gətirdiyini qeyd edərək, belə böyük diqqət və qayğıya, sosial firavanlığın təminatı üçün aparılan fəal və uğurlu siyasətə görə Prezident cənab İlham Əliyevə daim minnətdar olduqlarını vurğulayıblar.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.