banner
banner

Sosİal

Azərbaycanlı nazir keçilərin arasında

Azərbaycanlı nazir keçilərin arasında

Kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 29-da Ağcabədi rayonunda fəaliyyət göstərən “BMS Aqro” MMC-nin keçi təsərrüfatında olub.

ANS PRESS-in Kənd Təsərrüfatı Nazirliyinə istinadla verdiyi məlumata görə, fermaları gəzən nazir bu yaxınlarda İspaniya və Fransadan gətirilmiş “Asaf” və “Şarole” cinslərindən olan qoyunlara baxış keçirib.

“BMS Aqro” MMC-nin təsisçisi Mülhazi Balakişiyev məlumat verib ki, təsərrüfat hər biri 1300 başlıq fermalar, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Binalar müasir qaydalara uyğun olaraq nizamlanıb, heyvanların sağlığı və əlverişli mühitdə saxlanması üçün lazımi şərait yaradılıb. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, paralel tipli sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları və istirahətləri üçün hər cür şərait yaradılıb. Hazırda təsərrüfatda Hollandiyadan və Fransadan gətirilmiş 4287 baş “Saanen” və “Alpin” cinsli damazlıq keçilər var.

Bildirilib ki, bu yaxınlarda fermaya İspaniyadan 900 baş “Asaf” cinsli və 11 baş “Şarole” cinsli qoyunlar gətirilib. “Ətlik-südlük istiqamətli “Asaf” cinsli qoyunların laktaziya dövründə süd verimi 250-450 litrdir. Bu qoyunlar yerli qoyun cinsləri ilə müqayisədə 5-8 dəfə çox süd verirlər. Ətlik istiqamətli “Şarole” cinsli qoyunların 1 yaşında ət verimi 55-60 kiloqramdır. Bu qoyunlar gələcəkdə yaradılacaq ailə təsərrüfatlarına da veriləcəkdir. Bu yaxınlarda təsərrüfata daha 1169 cins qoyun gətiriləcək.

Təsərrüfatın fəaliyyəti ilə yaxından maraqlanan nazir Heydər Əsədov müvafiq tapşırıq və tövsiyələr verib.

Nazir Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, son illər dünyada baş verən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyinin ön plana çəkilməsi fonunda ölkəmizdə kənd təsərrüfatı sahəsinə diqqət artırılıb. Azərbaycan prezidenti bu sahəni ən prioritet sahələrdən biri elan edərək, qarşıya ölkənin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək vəzifəsini qoyub. Ölkəyə cins heyvanların gətirilməsi, kənd təsərrüfatının inkişafı üçün maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı verilən fərmanlar da bu strategiyanın yerinə yetirilməsinə yönəldilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.