Şəmkir rayonunun Sabirkənd kəndində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Cia.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini 27 yaşlı Jalə Bayramova vanna otağında uşaqlarını çimizdirərkən ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub.
Bayramova hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.