Oktyabrın 27-də Ali Məhkəmə 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayətinə baxıb. Pərviz Həşimli barəsində olan Bakı Apelyasiya Məhkəməsinin dekabrın 24-də 2014-cü ildə apelyasiya şikayətinə yekun iclas baxışı qərarından Ali Məhkəməyə şikayət verilmişdi. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə kasasiya şikayəti təmin olunmayıb.
Prosesdə jurnalistin hüquqlarını vəkil Elçin Sadıqov müdafiə edib. Vəkilinin Pərviz Həşimovun məhkəməyə gətirilməsi barədə vəsatəti təmin olunmayıb. Daha sonra məhkəmə Pərviz Həşimli barəsində olan qərarı qüvvədə saxlayıb və kasasiya şikayətini də təmin etməyib.
Vəkilləri bu qərarları qanunsuz hesab edir və qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini deyirlər. E.Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, artıq məhkəmənin qərarı barədə P.Həşimliyə məlumat verib. O da qərarı ədalətsiz hesab edir və ondan Avropa Məhkəməsinə şikayət göndərilməsini istəyir.
Bu arada vəkil bildirdi ki, bəzi media orqanlarında P.Həşimlinin məhkəməsinin təxirə salınması ilə bağlı yanlış informasiyalar dərc edilib: “Bəli, biz prosesdə Pərviz Həşimlinin iştirak etməsi üçün prosesin təxirə salınmasını istəyirdik. Amma bizim bu vəsatətimiz rədd edildi və məhkəmə onun barəsindəki həbs qərarını qüvvədə saxlayaraq, kasasiya şikayətini təmin etmədi”.
P.Həşimlinin atası Kamran Həşimov oktyabrın 26-da prezident İlham Əliyevə müraciət edərək, oğlunun azadlığa buraxılmasını istəmişdi. “Oğlumu şərləyərək həbs edənlər qondarma istintaqda açıq şəkildə oğluma demişdilər ki, ölkənin yiyələri bizik və bizim bir sözümüzü iki edən ya həbsdə, ya o dünyada, ya da canını qurtarmağa nail olanlar mühacirətdədir” müraciətdə bu fikirlər də yer almışdı.
Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb, evində və iş yerlərində axtarış aparılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Pərviz Həşimli 2013-cü il oktyabrın 22-də “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.