banner
banner

Gündəm

MTN generalı rektordan 10 milyon manat istəyib

MTN generalı rektordan 10 milyon manat istəyib

Fəaliyyəti dayandırılmış ABU-nun rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev qardaşının işi ilə bağlı yeni faktlar açıqlayıb. O bildirib ki, Mahir Abdullayevin tapılması üçün MTN-nin general Akif Çovdarov ondan 10 milyon manat tələb edib:

“Akif Çovdarov qardaşım MTN zabiti Mahir Abdullayevin geri qaytarılması üçün nə az, nə çox məndən 10 milyon dollar pul tələb edirdi, yaxın dostu və qohumu Fəttahla gedib Moskva hesabıma keçirməmi tələb edirdi. Mən isə qohum-əqrabadan güc-bəla ilə toplayıb Akf Çovdarova qardaşımı geri qaytarması ücün 2,8 milyon dollar verə bildim. Bundan qəzəblənən Akif Çovdarov məni Novxanıya bağ evinə gizli, dolanbac yollarla dəvət etdi. Mən onun bağ evinə gələndə onun xaricdə oxuyan oğlu və 20 il mənimlə birgə işləyən Azərbaycan Beynəlxalq Universitetinin tədris işləri üzrə prorektoru Nizami Süleymanov qarşıladı. Mən çaşıb qalmışdım, Nizamidən soruşdum ki, sən hara, bura hara …!? Professor Nizami Süleymanov da bildirdi ki, Akif Çovdarov mənim qohumumdur, mamam oğludur. Bundan sonra, Akif Çovdarov mənə bildirdi ki, əgər, pulu verə bilmirsənsə, ABU-nu keçir ABU prorektoru Nizami Süleymanovun adına. Yaxud da sabah gəl gedək Azərbaycan Beynəlxalq Bankından və ya AzBankdan sənin adına pul götürək, amma, pul qalacaq orada. Bununla da səninlə hesablaşacağıq. Sən də qardaşına qovuşarsan. Bu problemi məndən başqa heç kim həll edə bilməz, heç kimə inanma, kim gəldi yanına, qov getsin. Heç bir yanda heç nə danışma!”.

Qeyd edək ki, MTN zabiti Mahir Abdullayev 2003-cü ildən yoxa çıxıb.

e-abdullayev2

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.