banner
banner

Gündəm

Fətullah Gülənin başına milyonluq mükafat qoyuldu

Fətullah Gülənin başına milyonluq mükafat qoyuldu
Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayt hazırlayıb. 
"Mükafat nizamnaməsi” çərçivəsində hazırlanan saytda axtarılanların siyahısı qırmızı, göy, yaşıl, narıncı və boz kateqotiyalara ayrılıb. 
Saytın qırmızı kateqoriyasında Cəmil Bayık, Murat Karayılan və s. təhlükəli PKK terrorçularının adları var. Həmçinin bu kateqoriyada bəzi İŞİD liderləri ilə yanaşı “Hizmet” hərəkatının ABŞ-da olan rəhbəri Fətullah Gülənin də adı yerləşdirilib. Səhifənin sonunda isə bu kateqoriyadan olan terrorçular barədə məlumat verənlərin mükafatlandırılacağı vəd olunub. 
 
Fətullah Gülən “FETÖ” (Fetullahçı Terror Örgütü) və “PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi axtarışdadır. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçirirlər. Hakimiyyətə yaxın mətbu orqanlarının yazdıqlarına görə bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna müvəffəq olunmayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.