banner
banner

Gündəm

Mahmudovun Nardarandakı villalar şəhərciyi - Foto

Mahmudovun Nardarandakı villalar şəhərciyi -

Bir müddət öncə prezidentin sərəncamı ilə vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun daha bir dəbdəbəli villası aşkarlanıb. 

Bir neçə gün öncəki fotoları yayımlanan villadan fərqli cəhəti isə bura silsilə nəhəng evlərin yerləşməsidir. Bu evlər Nardaranda, dənizə yaxın ərazidə yerləşir. “Qafqazinfo”nun əməkdaşları bu gün ərazidə olub və kənd sakinləri ilə də bu barədə söhbət edib. Sakinlər bildirib ki, sabiq nazir bu evində tez-tez gəlmir.

Eldar Mahmudov bir neçə hektarı əhatə edən ərazidə digər qohumları üçün də villa tikdirib. Eyni həyətdə yerləşən bir neçə evlərdən yolun kənarında olan ən böyüyü isə keçmiş baş çekistin özünə məxsusdur. Bu bina xarici görünüşünə görə villanı yox, daha çox zavod binasını xatırladır. Bununla bağlı fikrimizə isə kənd sakini belə cavab verdi: “Sən onun içinə girsən, villanın nə demək olduğunu görərsən. Mən uzun müddət onun evində işləmişəm. Sonradan çıxartdılar”.

Kənd sakinləri dedilər ki, keçmiş nazirin öz villasında hazırda yalnız işçiləri, digər binalarda isə qohumları yaşayır. Biz orda olduğumuz vaxt Eldar Mahmudovun silsilə villaların darvazası önündə bir neçə maşın dayanmışdı. Onlardan biri isə hüquqi şəxslərə malik dövlət nömrə nişanlı idi. Mahmudovun villalar şəhərciyi təxminən 3 metr hündürlüyündə hasarla əhatələnib, divar boyu isə hər tərəfi “görə bilən” xüsusi kameralar quraşdırılıb.

Sakinlərin sözlərinə görə, Mahmudov bundan başqa da yolun digər hissəsində yenicə tikdirdiyi villası var. O villa bu kompleksdən ayrıdır. Hazırda Eldar Mahmudovun öz evinə Cəbi adlı mühafizəçisi nəzarət edir.

 

Mahmudovun Nardarandakı villalar şəhərciyi  -  Foto
Mahmudovun Nardarandakı villalar şəhərciyi  -  Foto
Mahmudovun Nardarandakı villalar şəhərciyi  -  Foto
Mahmudovun Nardarandakı villalar şəhərciyi  -  Foto
Mahmudovun Nardarandakı villalar şəhərciyi  -  Foto
Mahmudovun Nardarandakı villalar şəhərciyi  -  Foto
Mahmudovun Nardarandakı villalar şəhərciyi  -  Foto

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.