banner
banner

Gündəm

TürkPA parlament seçkilərinə qiymət verdi: "Çox demokratik..."

TürkPA parlament seçkilərinə qiymət verdi:
"Dünən Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara cavab verib və çox yüksək səviyyədə təşkil olunmuşdu".
Bunu noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələrinin yekunları ilə bağlı bu gün Hilton otelində keçirilən mətbuat konfransında TürkPA müşahidə missiyasının rəhbəri, qurumun iqtisadiyyat komitəsinin sədri Qazaxıstan parlamentinin deputatı Serikjan Kanayev deyib.
S.Kanayev bildirib ki, seçki öncəsi MSK sədri Məzahir Pənahovla görüşərək seçkilərə hazırlığın səviyyəsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Onun sözlərinə görə, dünən TürkPA-dan olan müşahidəçilərlə birgə Səbail, Yasamal, Nəsimi, Binəqədi rayonlarında yerləşən seçki məntəqələrində müşhaidə aparıblar: "Müşahidələr zamanı məlum oldu ki, seçkilər çox demokratik və beynəlxalq hüquqi normalara cavab verərək həyata keçirilib".
 
Mətbuat konfransında TürkPA-dan olan nümayəndələr Jandos Asanov, Halil Ürün, Marat Tagimov, Saidulla Nişanov və Ahmet Öztürk iştirak ediblər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.