Aybəniz Haşımovanın qızı "O səs Türkiyə"də - video
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasına qatılıb. Verilişin bu həftəki reklam çarxında görünən Aynişan münsifləri heyrətləndirib. O, hətta münsif kürsüsündə əyləşən ifaçı Murad Bozla “Gəl ey səhər” mahnısını da duet şəklində səsləndirib. Verilişin sözügedən bölümü bu həftə yayımlanacaq. Qeyd edək ki, “O səs Türkiyə” həftənin bazar günü, bazar ertəsi və çərşənbə axşamı TV 8 - də efirə gedir. Musiqi yarışmasının münsif kürsüsündə Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan və Hakan Özoğuz əyləşir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.