banner
banner

Gündəm

Eldar Mahmudovun yaxın adamı Avropaya qaçıb – şok təfsilat

Eldar Mahmudovun yaxın adamı Avropaya qaçıb –
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra onun yaxın çevrəsində də ələmə aparılır. Sabiq nazirlə yaxınlığı olan, onun əmrində çalışmış az qala hər kəs indi istintaq altındadır. İndiyədək MTN-nin 10-a yaxın yüksək rütbəli zabiti – idarə rəisləri, onların müavinləri həbs edilib, bəziləri işdən çıxarılıb. 
Noyabrın 1-də daha bir MTN məmuru haqda həbs xəbəri yayılıb. Nazirliyin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbər haqda məhkəmənin hökmü ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 
Bu gün isə musavat.com-a daxil olan məlumata görə, E.Mahmudova yaxın şəxslərdən biri Avropaya qaçıb. Sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevin Azərbaycanı tərk etdiyi deyilir. Bildirilir ki, o, oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir. 
 
Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-nin “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş. 
 
Noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. Hadisənin şahidi olan qonşuların saytımıza verdiyi məlumata görə, onun evindən xeyli daş-qaş, qızıl zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib. 
 
Xəbəri hüquq-mühafizə orqanları ilə dəqiqləşdirməyə çalışacağıq. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.