banner
banner

Gündəm

Telman İsmayılovun müflis elan ediləcəyi vaxt açıqlandı

Telman İsmayılovun müflis elan ediləcəyi vaxt açıqlandı
Moskva Arbitraj Məhkəməsi Azərbaycan əsilli oliqarx (onu artıq keçmiş milyarder də adlandırmaq olar) Telman İsmayılovun müflis elan edilməsinə dair kreditorlar tərəfindən qaldırılmış iddianı baxılmaq üçün qəbul edib və prosesin vaxtını açıqlayıb.
Bu haqda məhkəmənin saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumatda bildirilir ki, məhkəmə prosesində həmçinin “vətəndaş İsmayılovun borclarının restrukturizasiyasının başladılması” məsələsinə də baxılacaq.
Xəbər verildiyi kimi, Telman İsmayılovun fərdi şəxs olaraq müflis elan edilməsi barədə iddianı “Bank Moskva” (VTB qrupuna daxildir) qaldırıb. Biznesmen bankdan götürdüyü 213 milyon dollar krediti qaytara bilmir.
Arbitraj Məhkəməsi oktyabrın 6-da bu vəsaitin T.İsmayılova məxsus “KBF AST” şirkətindən tutulmasına dair qərar çıxarıb.
Digər çoxsaylı kreditorlar da T.İsmayılovdan borclarını tələb edir. Bunların arasında ən sərt metodlar tətbiq edəni  oliqarx Sergey Yançukovdur.
T.İsmayılov S.Yançukovun “Maqnazeya” şirkətlər qrupuna daxil olan “Sezaria LTD” şirkətindən 2010-cu ildə 100 milyon dollar borc alıb, bu borc şişərək faizləri ilə birlikdə 140 milyon dollara çatıb.
S.Yançukovun iddiası əsasında T.İsmayılovun çoxsaylı biznes aktivlərinə, o cümlədən “Mardan Palace” otelinə həbs qoyulub. Nəticədə azərbaycanlı oliqarx aktivlərini satıb borclarını ödəyə bilmir. 
 
Hazırda T.İsmayılovun borcları 600 milyon dollara yaxındır. “Forbes” bir neçə il əvvəl hesablamışdı ki, onun sərvətinin həcmi də elə təxminən bu qədərdir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.