Mərhum müğənni Vidadi Bərdəlinin qızı , gənc müğənni Aytac Vidadiqızı ərə gedir. Bu haqda ifaçının özü məlumat verib:
“Ailə həyatı qurmağa hazırlaşıram, toy dekabrda olacaq. Bəy Türkiyə vətəndaşıdır, memardır. Toy həm Bakıda, həm də Türkiyədə olacaq. İstanbulda yaşayacam, arada isə ölkəmizə gələcəm. İstəyirəm ki, tamaşaçılarım mənim üçün darıxsın”.
Qeyd edək ki, son olaraq ifaçı ərəb şeyxinə sarayında özəl konsert verəcəyi barədə yayılan xəbərlərlə gündəmə gəlmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.