banner
banner

Sosİal

Elektrik dirəyi aşdı, 18 yaşlı oğlan öldü - Lerikdə faciə

Elektrik dirəyi aşdı, 18 yaşlı oğlan öldü -

Ötən gün Lerik rayonunun Cənginəvud kəndində çürümüş elektrik dirəyinin aşması nəticəsində insan ölümü ilə nəticələnən faciə hadisə baş verib.

Kənd sakinlərinin verdiyi məlumata görə, elektrik dirəyi 18 yaşlı Səfərov Elmir İlqar oğlunun üstünə aşıb: “Elmir faciəli şəkildə dünyasını dəyişdi. 15 gün əvvəl də, yəni oktyabrın 18-də çürümüş elektrik dirəklərinin aşması nəticəsində kənd sakini Həsənov Qurbanəlinin iki inəyini tok vuraraq tələf edib.

Rayon icra hakimiyyətinə, işıq idarəsinə dəfələrlə problem barədə müraciət etmişik. Amma bunu nəzərə alan olmayıb. Yəqin ki,insan ölümü baş verəndən sonra qurumlar bu problemi həll etməyə başlayacaqlar”.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda hüquq mühafizə orqanları hadisənin baş vermə səbəblərini araşdırır:

“Hadisə araşdırıldıqdan sonra nəticə bəlli olacaq. Məndə olan məlumata görə, hadisə baş verən ərazidən keçən elektrik naqillərində və dayaqlarda heç bir qəzalı vəziyyət olmayıb. Hadisə şahidlərinin deməsinə görə, hava yağmurlu olub. Ehtimal olunur ki, həlak olan şəxs naməlum səbəbdən dirəyə dırmaşıb. Ola bilər ki, havanın yağışlı olması təhlükəni daha da artırıb. Ümumiyyətlə, ərazidən keçən elektrik naqillərində və dayaqlarda təhlükə yoxdur.

Oktyabrın 18-də isə, ərazidə güclü külək əsməsi nəticəsində naqillər qırılaraq orada otlayan iki buzovun üstünə düşüb. Bu da təbiət hadisəsidir. Biz buna nə edə bilərik ki?

Qeyd edim ki, “Azərişıq” ASC bütün bölgələrdə irimiqyaslı yenidənqurma işləri həyata keçirir. Bütün regionlarda yararsız vəziyyətdə olan elektrik naqilləri və dayaqlar dəyişdirilir, taxta çürümüş dayaqlar dəmir beton dayaqlarla əvəz olunur. Gələcəkdə də bu işlər davam etdiriliəcək”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.