banner
banner

Sosİal

Yol polisindən yağış xəbərdarlığı - Bu sürücülər cərimələnəcək

Yol polisindən yağış xəbərdarlığı -

Avtomobilinin şüşəsiləni işləməyən sürücülər məsuliyyətə cəlb olunacaqlar. 

Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, Bakının əksər yerlərində yağışın yağması avtomobillər üçün təhlükə yaradır. Qurum rəsmisi sürücülərə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb:

“Yağış avtomobillərin hərəkəti zamanı sürüşmə ehtimalını artırır. Ona görə də sürücülərdən xahiş edirik ki, sürət həddini minimuma endirsinlər. Bununla yanaşı, şüşəsilənləri işləməyən nəqliyyat vasitələrinin hərəkət etməsi olduqca təhlükəlidir. Yol hərəkəti haqqında qanuna görə, bu cür avtomobillər yol hərəkətindən kənarlaşdırılır və sürücülər məsuliyyətə cəlb olunur”.

Bölmə rəisi sürücüləri avtomobillə yağış sularının yaratdığı gölməçələrdən keçərkən diqqətli olmağa səsləyib:

“Sürücülər avtomobillə yağış sularının yaratdığı gölməçələrdə hərəkət edən zaman mütləq ətrafdakı piyadaları düşünməlidirlər. Buna görə sürücülər məsuliyyət daşıyır”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.