Aramsız yağan yağışlar Bakının Ziya Bünyadov prospektində avtomobillərin hərəkətini iflic edib. Ərazidəki ticarət mərkəzlərinin qarşısında gölməçələr yaranıb.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, hazırda sözügedən ərazidə qurumun xüsusi maşın və briqadası işləyir:
“Aramsız yağışlar Ziya Bünyadov prospektində, Elit Ticarət Mərkəzinə yaxın ərazidə problemlər yaradıb. Amma hazırda əməkdaşlarımız xüsusi maşınlarla qalıq suları çəkirlər. Ümid edirik ki, çox qısa vaxtda problem aradan qalxacaq”.
Qeyd edək ki, dünəndən yağan yağışlar Bakının bir sıra yerlərində qalıq sular, gölməçələr əmələ gətirib. Bu isə avtomobillərin hərəkətində problemlər yaradıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.