Aktyor Kıvanç Tatlıtuğ dünən qardaşı Tuqay və dostu ilə bir məkanda görüntülənib. Gecə yarısına qədər restoranın VIP otağında vaxt keçirən qardaşlar çıxışda müxbirləri görüncə əsəbləşiblər. Kıvanç restoranın mühafizəçilərinə "onları siz çağırdınız?" deyərək aqressiv şəkildə avtomobilinə tərəf gedib. Həmin anda aktyorun qardaşı Tuqay bir jurnalistlə toqquşaraq kamerasına yumruq atıb. Araya girən digər jurnalistlər və mühafizəçilər onu sakitləşdirdikləri vaxt Kıvanç avtomobilində sakit gözləyərək hadisəyə müdaxilə etməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.