banner
banner

Gündəm

“Torqovı”da məşhur restoranın sahibi polisə aparıldı - Fotolar

“Torqovı”da məşhur restoranın sahibi polisə aparıldı -

Nizami küçəsində yerləşən “Shaurma N-1” restoranının küçədəki oturacaqlarının Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin əməkdaşları tərəfindən yığışdırılması tələbi anlaşılmazlıq yaradıb.

Cia.az Virtualaz.org-a istinadən xəbər verir ki, rəhbərlik və işçilər restoranın çöldəki oturacaqlarının yığışdırılmasına mane olub.

Restoranın inzibatçısı Zaur Dərziyev virtualaz.org saytına açıqlamasında bildirdi ki, departament tərəfindən bu barədə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib: “Bizim obyektin çöldəki oturacaqları iki ildən çoxdur ki, yığışdırılıb. O vaxt departamentdən bizə bildirilmişdi ki, prezidentin göstərişi ilə küçə ticarəti qadağan olunub. Biz də etiraz etməmişdik. Prezident İlham Əliyevin bir müddət əvvəl sahibkarlara mane olmamaq barədə göstəriş verməsindən sonra biz də yenidən oturacaqları yenidən bərpa etdik. Çünki biz də sahibkarıq. İndi isə işimizə mane olurlar”. 

Restoranda çalışan işçilər də bu vəziyyətdən şikayətləndi: “Başqa yerdə heç birimizi işə götürməzlər, amma burada iş tapmışıq, çörəkpulumuzu qazanırıq. Ona da imkan vermirlər. Evimizdə ailəmiz var. Necə dolanaq?”

Departamentin özünü təqim etməyən əməkdaşı yalnız onu dedi ki, restoranın küçədəki fəaliyyəti qanunsuzdur.

Obyektin inzibatçısı da dedi ki, onlar fəaliyyətlərini rəsmiləşdirmək üçün departamentə dəfələrlə müraciət ediblər, amma onları heç kim qəbul etməyib.

Uzun mübahisələrdən sonra restoranın oturacaqları yığışdırıldı. Restoranın inzibatçısı Z.Dərziyev polisə müqavimət göstərmək ittihamı ilə Səbayel RPİ 22-ci polis bölməsinə aparılıb. Restoranın isə 80 manat məbləğində cərimə olunması barədə akt tərtib olundu.

“Torqovı”da məşhur restoranın sahibi polisə aparıldı -  Fotolar
“Torqovı”da məşhur restoranın sahibi polisə aparıldı -  Fotolar
“Torqovı”da məşhur restoranın sahibi polisə aparıldı -  Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.