25 yaşlı azərbaycanlı Vilnüsü Parisə çevirməklə hədələdi
Litvanın Kaunas şəhərinin sakini olan 21 yaşlı qız noyabrın 16-da saat 23 radələrində yerli polisə müraciət edərək sensasion məlumat verib.
Həmin qız polisə müraciətində 25 yaşlı Azərbaycan vətəndaşının onu hədələməsindən şikayətlənib.
Qızın sözlərinə görə, Azərbaycan vətəndaşı olan həmin gənc noyabrın 16-da saat 15:40 radələrində Barşausko küçəsindəki ticarət mərkəzində ona deyib ki, “tezliklə Litvada da Fransadakı kimi olacaq”. Adı açıqlanmayan qız əlavə edib ki, həmin gənc daha sonra bıçaq çıxararaq onu öldürməklə hədələyib.
Bu məlumatdan sonra yerli polis Azərbaycan vətəndaşını saxlayıb. Adı açıqlanmayan Azərbaycan vətəndaşı barədə ölümlə təhdid maddəsi üzrə araşdırma başlayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.