banner
banner

Sosİal

Azərbaycanlı nazir qol güləşdirdi - VİDEO

Azərbaycanlı nazir qol güləşdirdi

35 yaşlı Minayə Şirinova musiqiçidir - zurna çalır. Laçının Mais kəndində anadan olan Minayə Şirinova uşaqlıqdan bu sənətlə məşğuldur. Azərbaycanda bu musiqi alətində ifa edən yeganə xanım olan Minayənin gözləri görmür.

APA TV-nin məlumatına görə, ailəsi ilə Ağcabədi rayonunda məskunlaşan Minayə Laçına getmək mümkün olsa, gözləri görmədən də evlərini tapa biləcəyini deyir:"Gözümü açandan bu sənətlə məşğulam. Atamdan öyrənmişəm. Əlillərin Ümumrespublika bədii yaradıcılıq müsabiqəsində 6 dəfə iştirak edib, qalib olmuşam. Əsas məqsədim odur ki, yaradıcılığımı axsatmayıb, irəli gedim".

Bu gün onların günüdür. Minayə ilə birlikdə bu günü dünyada bir milyarddan çox insan qeyd edir. Azərbaycanda isə sağlamlıq imkanları məhdud olan 530 mindən artıq şəxs var. Beynəlxalq Əlillər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlillərin stolüstü idman oyunları üzrə IV ümumrespublika yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Nazir Səlim Müslümov əlilliyi olan şəxslərə dövlət qayğısının artırılmasının ölkəmizin sosial dövlət statusunun səciyyəvi cəhətlərindən olduğunu bildirib: "Onlar cəmiyyətin bir parçası olaraq qəbul edilməlidir. Onlara qarşı heç bir diskriminasiya hallarına yol verilə bilməz. Bu insanlar üçün bərabər imkanlar yaradılmalıdır və onlar cəmiyyətin tam üzvü kimi çıxış etməlidirlər. Hesab edirəm ki, Azərbaycan qoyulan bu konvensiyaları yerinə yetirir. Söhbət kiminsə kimə yazığı gəlməsindən yox, hər bir insanı özü ilə bərabər hiss etməsindən gedir".

Əlilliyi olan şəxslərin yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs edən Səlim Müslümov bildirib ki, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində əlillərin stolüstü idman oyunları üzrə IV ümumrespublika yarışlarının təşkili də bu işlərin davamıdır. Nərd, dama, şahmat, stolüstü tennis və qol güləşi (armrestlinq) idman növləri üzrə zona yarışlarında min nəfərə yaxın şəxs arasında fərqlənən 103 nəfər, o cümlədən 95 nəfər əlil şəxs və 8 nəfər sağlamlıq imkanları məhdud uşaq final mərhələsində iştirak edib. Daha sonra yarışlarda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, ümumən yarışların final turunda iştirak edənlərin hər birinə pul mükafatları və təşəkkürnamələr təqdim olunub. Səlim Müslümov qol güləşçiləri ilə birlikdə yarışa da qatılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.