banner
banner

Sosİal

Bakı yollarında yeni avtobus - GEDİŞ HAQQI 1 MANAT 30 QƏPİK

Bakı yollarında yeni avtobus -

Bakıda sərnişinlər bundan sonra şəhərin mərkəzindən aeroporta neoplanlarla gedib-gələcəklər.

Bu gündən etibarən metronun "28 May" stansiyasının önündən, "BakuBus" avtobus xətlərinin dayanacağından Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - "28 May" metro stansiyası xətti üzrə yeni avtobus sərnişinlərin ixtiyarına verilib.

"BakuBus" MMC-dən sayta bildiriblər ki, hələlik xəttə 5 neoplan buraxılıb. Avtobuslar 24 saar fəaliyyət göstərəcək və hər iki tərəfdən 1 saatdan bir hərəkət edəcək.

48 nəfərlik sənişin tutumu olan avtobuslarda soyuducu və wi-fi sistemi var. Gediş haqqı 1 manat 30 qəpikdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.