banner
banner

Sosİal

İcra başçısı jurnalisti 2000 manat cərimələtdi

İcra başçısı jurnalisti 2000 manat cərimələtdi
Bu gün cenubnews.com saytının baş redaktor əvəzi Mirələm Həşimova qarşı Masallı rayonunun icra başçısı Rafil Hüseynovun iddiası əsasında keçirilən məhkəmə iclası başa çatıb. Musavat.com-un məlumatına görə, məhkəmə jurnalisti 2000 AZN məbləğində cərimə etmək barədə qərar çıxarıb.
 
Mirələm Həşimov ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib: “İttihamda göstərilir ki, guya adı çəkilən üç xəbərdə icra başçısı Rafil Hüseynovun şərəf və ləyaqətini alçaltmışam. Amma adı çəkilən "Masallı park bulvarını sel apardı" başlığıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov, heç bir şəxs təhqir olunmayıb və “icra başçısı” sözü keçməyib. “Masallıda ağacları kəsirlər” başlığı ilə yayımlanan xəbərdə isə qeyd etmişik ki, “Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”. 
 
Əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə onlar təkzib olaraq bizə müraciət etməli idilər. Bu günə qədər 5 ay keçib, təkzib verilməyib. “Rafil Hüseynov: İşıq pulunu ödəyə bilmirsənsə get özünü öldür" başlığı ilə yayımlanan xəbərdə isə biz Muxalifet.az saytına istinad etmişik və eyni xəbər bir çox saytlarda da dərc olunub. Biz, KİV qanunlarına uyğun olaraq istinad etmişik və istinad olunan xəbərin məsuliyyəti ilk yayımlanan mənbədir. Gördüyünüz kimi, hər üç xəbərdə qeyri-qanuni iş görməmişik”.
 
Jurnalist məhkəmənin qətnaməsini aldıqdan sonra apelyasiya şikayəti verəcəyini söyləyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.