Son günlər adı yol polisi ilə qalmaqalda hallanan məşhur prodüser Təranə Səmədova ilə bağlı şok məlumat yayılıb. Cia.az criminal.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan prodüser həmin hadisədən əvvəl daha ciddi cinayətdə şübhəli bilinib. T.Səmədova qadın alveri şübhəsi ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə (İAQMİ) çağırılıb. Sayt yazır ki, 3 qadın T.Səmədovadan şikayət edərək, zorla cinsi istismara məruz qaldıqlarını deyib. Məhz buna görə prodüser İAQMİ-nə çağırılıb. Məsələ ilə bağlı lent.az-a açıqlama verən T.Səmədova bu iddianı təkzib edib: “Artıq 10 ildən çoxdur ki, mən şou-biznesdəyəm. Bu sahədə hansı yolla, nə əziyyətlə pul qazandığımı hər kəs bilir. Həyat tərzim də hər kəsə bəllidir. Bu məsələ ilə bağlı məni heç kim saxlamayıb, heç yerə də çağırılmamışam. Bu cür mövzularda adımın hallanması məntiqə uyğun deyil. Bu, sadəcə məni gözü götürməyən insanların mənə qarşı qara piarıdır. Bu cür şayiələri yaymaqla nə əldə etmək istəyirlər ki? Bir də bu mövzu barədə danışmayacam”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.