banner
banner

Sosİal

Daha bir neftçi xəstəxanaya yerləşdirildi

Daha bir neftçi xəstəxanaya yerləşdirildi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəzadan təxliyyə edilənlərdən daha biri Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

1976-cı il təvəllüdlü İsmayıl Ələkbər oğlu Mehdiyev dünən ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Lakin bu gün o, özünü pis hiss edib və yenidən xəstəxanaya müraciət edib.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun xəstəxanada qalmasına və müalicəsini davam etdirməsinə qərar veriblər.

Xatırladaq ki, hazırda qəzada xəsarət almış 9 nəfər Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir (APA).

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.