banner
banner

Gündəm

"Günəşli" yatağındakı hadisənin şahidi: "Qayıq 42 nəfərlik idi, amma..."

"Günəşli" yatağındakı hadisənin şahidi:
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilən zərərçəkənlər hadisə barədə təəsüratlarını bölüşüblər.
"Qayıq 42 nəfərlik idi. Gəmilər də yan alırdı, amma dalğa o qədər böyük idi ki, dalğadan bizə yaxınlaşa bilmirdilər. Onlar çox kömək eləmək istəyirdilər. Amma mümklün olmurdu, müəyyən məsafədən bizi müşayiət edirdilər. Yanğının üstünə su vururdular ki, sönsüz. Yəni çalışırdılar, çox çalışdılar bizə kömək etməyə, amma alınmırdı. Qayıq hamıya bəs edirdi, hamının jiletləri də var idi. Mən özüm şəxsən təşkil elədim, camaatı birinə yığdım. O salamat qalan qayığı mən özüm sallamışam. Lazım olan səviyyədə saxlamışam", - hadisənin şahidi olan neftçi İsmayıl Mehdiyev bildirib.
 
Onun sözlərinə görə, dalğalar 8-10 metrə qalxırdı.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.
 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.