İranda donuz qripindən 35 nəfər öldü, virus Azərbaycanla sərhədə yaxınlaşır
İranda donuz qripu epidemiyasının yayılması nəticəsində azı 35 nəfər xəstəxanalarda ölüb.
Bu barədə ölkənin səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.
Məlumata görə hazırda virus İranın əsasən iki əyalətində geniş yayılıb. Bunlar cənub-qərb əyalətləridir. Girman vilayətinin inzibati mərkəzində virusdan 28 nəfər ölüb. Daha beş nəfər isə Sistan və Bəlucistan vilayətlərində dünyasını dəyişib. İran səhiyyə nazirliyi bildirir ki, virusun tezliklə Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətlərinə və paytaxt Tehrana da yayılacağı gözlənilir.Ölkənin səhiyyə müəssisələrinə virusa yoluxmuş 600-dan çox xəstə daxil olub.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.