"20 ildir, Yeni il axşamı evdən çıxmıram" - Burcu Esmersoy
Aparıcı Burcu Esmersoy qatıldığı tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırıb. "Yeni il bayramında nə edirsiniz" sualına Burcu belə cavab verib: "20 il əvvəl dostlarımla Yeni il gecəsi təşkil etmişdik, Kənan Doğulunun konsertinə getməli idik. Lakin saat 8-də evdən çıxdıq, tıxaca düşdük. Yeni ili də maşında qarşıladıq. O gündən bəri bayram günü evdə oluram. Yeni il axşamı tıxacdan keçmək olmur, hər yer də bahalı. Evdə loto oynayacağam".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.