banner
banner

Gündəm

“MTN işi”nə görə axtarılan şəxsin kimliyi bəlli oldu

“MTN işi”nə görə axtarılan şəxsin kimliyi bəlli oldu

Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət əməllərinə görə 21 şəxs məsuliyyətə cəlb edilib.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub ki, onlardan 19 nəfər barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa cəlb olunublar. Bir nəfər isə isintaqdan yayındığı üçün haqqında həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Daha bir nəfər barəsində isə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Həbs edilənlərin adı açıqlansa da, axtarışda olan şəxsin kimliyi məlum deyildi.

Cia.az istintaqdan yayındığı üçün axtarışa verilən şəxsin adını öyrənib. Bu Mustafayev Akif İsmayıl oğludur. Akif Mustafayev bu işdə adaşı Akif Çovdarovun qrupunda yer alıb. O iş adamları ilə adaşı arasında vasitəçi rolu oynayıb. Həmin adamlara kəsilən “xərac”ı A.Mustafayev toplayaraq Çovdarova çatdırıb.

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslər xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, gizli qaydada telefon danışıqlarına qulaq asmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, elektron məlumat daşıyıcılarından, informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakının gizli talanması, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində iş adamlarının izlənilərək, nazirliyin inzibati binalarına gətirilib qanunsuz azadlıqdan məhrum edilməsi, rüşvət alınması, hədə-qorxu yolu ilə onlara məxsus külli miqdarda nağd pul, daşınar və daşınmaz əmlakın tələb edilib ələ keçirilməsində ittiham olunurlar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.