"Billboard" portalı ilin yekununu açıqlayıb. Teylor Svift növbəti dəfə "İlin musiqiçisi" seçilib. O, ilk dəfə 2009-cu ildə hələ kantri üslubunda oxuyanda bu adı qazanmışdı. O, bununla Adelə çatıb. Adel də iki dəfə - 2011 və 2012-ci illərdə bu adı alıb. Nəticələr 2014-cu ilin 6 dekabrından 2015-ci ilin 28 noyabrına qədər olan dövrü əhatə edir. İlin musiqiçisi: T.Svift İlin mahnısı: Bruno Mars - "Uptown Funk!" Top Hot 100-ün musiqiçisi - The Weeknd Ən yaxşı duet (qrup) - One Direction Ən yaxşı qadın müğənni: T.Svift Ən yaxşı kişi müğənni: Ed Şiran Ən yaxşı yeni müğənni: Fetti Vap Qeyd edək ki, fanatlar Teylorun uğurlarına sevinsələr də, melomanlar bunu uğur adlandırmırlar. Belə ki, onlar son illər Teylorun uğurunu onun rəqibsizliyi ilə əlaqələndirirlər. Digər müğənnilərin bu il ümumiyyətlə ortaya heç bir ciddi iş qoymaması onu yarışmadan birinci edir. Mütəxəssislərin fikrincə, növbəti il Beyons, Adel, Kristina Aqilera, Britni Spirs, Rihanna kimi ulduzlar fəaliyyətlərini artırsalar, rəqabət daha maraqlı olar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.