Azərbaycanda bir icra hakimiyyəti başqa bir icra hakimiyyətini məhkəməyə verib.
Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Suraxanı Rayon İcra Hakimiyyəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi və Abşeron Rayon İcra Hakimiyyətindən şikayətçidir.
Suraxanı İH çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün etibarsız sayılması iddiası ilə məhkəməyə üz tutub.
Abbasov Cəlil adlı vətəndaş isə Sabunçu Rayon İH-dən şikayətçidir. Vətəndaş apelyasiya mümkünlüyünün yoxlanılmasını tələb edir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.