banner
banner

Sosİal

Goranboyda yarım milyonluq maxinasiya - ŞOK RƏQƏMLƏR

Goranboyda yarım milyonluq maxinasiya

Məlum olduğu kimi, artıq iki ilə yaxındır iş adamı Müqayis Verdiyev həbs olunub. Ona qarşı irəli sürülmüş ittiham sırasında bir sıra maddələr yer alıb ki, Gəncə Ağır Cinayətlərə Dair Məhkəmədə bu işlə bağlı məhkəmə prosesi keçirilir. Bu ilin mayından başlayan məhkəmə prosesində iddiaçı qismində çıxış edən “Fəqan Xidmət” MMC-nin direktoru Fəyyaz Məmmədovun istintaqa və məhkəməyə verdiyi ifadələrin heç biri tsdiqini tapmayıb.

Belə ki, F.Məmmədov M.Verdiyevə sonuncu dəfə 18 mart 2013-cü il tarixdə 20 min manatı Goranboy rayonundakı Qalaaltı hotelinin qarşısında verdiyini bildirib. Lakin məlum olub ki, iş adamı 6 mart 2013-cü il tarixində həbs olunub və onun bu pulu Müqayis Verdiyevə verməsi mümkün deyil. Üstəlik, tərəflərin guya, bir-biri ilə telefon vasitsi ilə əlaqə saxladığı qeyd olunub ki, məhkəməninin bununla bağlı “Azercell”ə göndərdiyi sorğunun cavabında bildirilib ki, ümumiyyətlə, bu iki şəxs heç bir vaxt bir-birinə nəinki zəng edib, heç eyni anten dairəsində olmayıblar.

Bundan başqa, M.Verdiyevin işçilərinin əmək haqlarını vermədiyi də vurğulanır ki, bu da təsdiqini tapmayıb. Çünki adları istintaqa verilən işçilər məhkəmə prosesində bildiriblər ki, onlar pullarını alıblar. Həmçinin iş adamının guya, Goranboy rayonunda ötən ilin iğtişaş törətməsinə dair iddia da təsdiqlənməyib. Belə ki, həmin vaxt Goranboy İcra Hakimiyyətinin qarşısına toplaşanlar bu addımı Müqayis Verdiyevin deyil, məhz icra başçısının müavini Baxış Abdullayevin tapşırığı əsasında atdıqlarını vurğulayıblar.

Eyni zamanda, məhkəmə zamanı məlum olub ki, “Fəqan Xidmət”in rəhbəri məhz B.Abdullayevin tapşırığı əsasında maliyyə sənədlərini məhv edib. Bunun üçün o, Şəkidə adı olub, özü olmayan bir şirkətlə anlaşaraq, guya sənədləri ona saxlamaq üçün verib. Amma həmin MMC-nin rəhbəri məhkəmyə verdiyi ifadəsində bildirib ki, onun sənəd saxlamaq səlahiyyəti yoxdur və arxiv fəaliyyəti ilə məşğul olmur. F.Məmmədov isə sənədləri Şəkidəki evinin qarşısına ataraq, çıxıb gedib.

Sonradan ortaya maraqlı bir məqam daha çıxıb. Məlum olub ki, Goranboyun icra başçısı Nizaməddin Quliyev M.Verdiyevin rayonda gördüyü işlərin miqyasını kiçiltməklə yanaşı, həm də bu işlərə çəkilən xərcləri də azaldıb. Nəticədə isə ortaya 400 min manatdan artıq bir maxinasiya çıxıb.

Bununla bağlı, Müqayis Verdiyevin vəkili Fuad İsgəndərli vasitəsi ilə mətbuata ünvanladığı müraciətdə qeyd olunur ki, N.Quliyevin “ekspertləri”nin rəyində görülən işlərin həcmi cəmi 78 min manat göstərilib. Lakin ortada olan işin miqyası ən azı 400 min manat civarındadır. Verdiyev həmçinin gördüyü işlərin siyahısını də mətbuata təqdim edib və ölkənin bütün iqtisadçılarından xahiş edib ki, həmin siyahıdakı işləri qiymətləndirməkdə yardımçı olsunlar.

Həmin siyahıda vurğulanır ki, M.Verdiyev Goranboy rayondan 2642,02 kv.m ağlay işləri görüb. Bundan əlavə “karniz” işlərinin həcmi 1237,26 paqonometr təşkil edib. Həmçinin 1525,46 paqonometrlik “Sokol karniz, 470 paqonometrlik “otkoz”, 352,82 paqonometr 0,5x0,5 ölçülü qazıntı işlərini də həyata keçirib.

Amma görülən işlər bununla da yekunlaşmayıb. Göndərilən siyahıda qeyd olunur ki, M.Verdiyev Goranboy rayonunda hımçinin 378,46 kv.m hörgü və 45,10 kub metr beton işlərini də reallaşdırıb. Həmçinin rayonda diametri 271 sm-lik şar, 415 ədəd işıq platformaları, 127 ədəd işıq dirəyi, hündürlüyü 3 metr olan 2 ədəd gül formalı fontan və ən nəhayət, 4 ədəd 4/5 metr hündürlüyündə qlobusla birlikdə giriş qapısı da quraşdırıb.

Müqayis Verdiyev iqtisadçılara müraciət edərək onlardan xahiş edir ki, bu qədər işin 78 min manata görülməsinin mümkün olub-olmadığı barədə rəy versinlər. “Bu qədər işi 78 min manata edə bilən şəxs olarsa, mən bütün maddi imkanlarımı ona hədiyyə etməyə hazıram. Nizaməddin Quliyev bununla özünü əslində bəlaya salıb. Buradan aydın görünür ki, icra başçısı mənin halal pulumu mənimsəmək istəyir. Və ona görə də, belə birabırçı vasitdən istifadə edib”.

İş adamı daha sonra qeyd edib ki, əslində bu gün həbsdə o deyil, Nizaməddin Quliyev, Fəyyaz Məmmədov və Baxış Abdullayev oturmalıdır. “Mən heç bir cinayət törətməmişəm. Heç kimin haqqını yeməmişəm. Bu adamlar mənə qarşı oyun quraraq, milyonları mənimsəmək üçün hıbs etdiriblər. Və verdikləri izaharların hamısı yalan çıxıb. Onların özləri istintaqı aldatdıqları üçün cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Aydın məsələdir ki, qeyd olunan işləri bir araya gətirmək mümkün olarsa, o zaman bu qədər işin deyilən məbləğə edilməsi mümkünsüzdür. Çünki təkcə bir elektrik dirəyinin qiyməyi orta hesabla 1000 manat civarındadır. Digər işlərin görülməsi üçün tələb olunan xərcləri də bunun üzərinə gəlinərsə, o zaman ortada 400 min manatdan da artıq vəsaitin xərcləndiyini demək elə də çətin olmaz.

Xatırladaq ki, “Fəqan Xidmət” MMC-nin sənd üzərində rəhbəri Fəyyaz Məmmədov olsa da, onu bütün maliyyə işlərini Goranboyun icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev tərəfindən həyata keçirildiyi deyilir. Bu məlumatlarda iddia edilir ki, R.Quliyev indiyə qədər bu şirkət vasitəsi ilə milyonlarla manatın taleyinə “aydınlıq” gətirib. Elə bu səbəbdəndir ki, oğul Quliyevlə icra başçısının müavini B.Abdullayev arasında dava düşüb və tərəfləri bir birlərini ağır formada ittiham ediblər. Bununla bağlı məlumatlar dəqiqləşdirildikdən sonra oxucuların ixtiyarına veriləcək.

Qarşı tərəfi də dinləməyə hazırıq.//Arqument.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.