Ebru Gündeş əməliyyatdan sonra ilk dəfə səhnədə - foto+video
Müğənni Ebru Gündeş appendisit əməliyyatından sonra ilk dəfə səhnəyə çıxıb. Tanınmış məkanlardan birində səhnəyə çıxan Ebrunu dinləməyə gələnlər arasında məşhurlar da olub.
Acun İlıcalı, Murad Boz, Eser Yenenler, Nur Yerlitaş və Pelin Karahan ifaçının sevilən mahnılarını dinləyiblər. M.Boz jurnalistlərə "Ebrunu çox sevirik. Onu dinləmək, hətta onun dövründə yaşamaq çox gözəl bir şeydir" deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.