Pop-diva Madonna yenidən "Versace" şirkətinin siması olub.
Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, ötən günlərdə fotoqraflar "Mert və Marcus"un obyektivi qarşısına çıxan müğənni İnstaqramda həmin fotoları paylaşmışdı. Amma daha sora internetə rəsmi fotolar da "düşdü".
Şirkətin rəhbəri Donatella Versag bildirib ki, onlar Madonnaya güvənirlər.
Qeyd edək ki, "Versace" ilə müğənninin əlaqələri 1995-ci ildən başlayır. İlk dəfə şirkətin "yaz kampaniyası" üçün fotoqraf Stiven Meyzellə ağ-qara çəkimlər edən Madonna həmin ilin payızında da Mario Testinonun fotosessiyasında iştirak etmişdi
On illik fasilədən sonra, 2005-ci ildə Madonna yenə də Testinoyla işləyərək, brendin yaz-yaz kolleksiyası üçün fotolar çəkdirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.