banner
banner

Gündəm

Telman İsmayılov rəsmən müflis elan olundu

Telman İsmayılov rəsmən müflis elan olundu

Moskva Arbitraj Məhkəməsi “Çerkizov” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılovu rəsmən müflis elan edib.

Bu barədə məhkəmə tərəfindən verilən açıqlamada bildirilir.

“Borclunu müflis elan etmək və müsabiqəni açıq elan etmək lazımdır” - deyə məhkəmə qərarında bildirilir.

Kreditor (iddiaçı) qismində isə “Банк Москвы” bankı çıxış edib.

Bank AST şirkətləör qrupunun sahibinin müflis elan edilməsi ilə bağlı ərizəni məhkəməyə oktyabrın 1-də təqdim etmişdi. Ərizədə deyilirdi ki, bank 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına qədərki müddətdə “Ruslayn 2000” və “Tropicano Finance” şirkətlərinə 230 milyon dollar məbləğində 3 kredit verib. Bu şirkətlərin AST şirkətlər qrupuna birbaşa aidiyyəti var. Benefisiar T.İsmayılov isə pulları müqavilədə nəzərdə tutulduğu vaxtda qaytarmaq üçün şəxsən göstəriş verib.

Amma banka nə kreditlər üzrə faizlər, nə də əsas borc qaytarılmayıb. Nəticədə oktyabrın 1-dək İsmayılovun ümumi borcları 286 milyon dollara çatıb.

İsmayılov özü də məhkəməyə müflis elan olunması barədə ərizə təqdim etmişdi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.