banner
banner

Sosİal

Dərmanların da qiymətinə yenidən baxıla bilər

Dərmanların da qiymətinə yenidən baxıla bilər

Azərbaycanda qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən dərmanların siyahısına yenidən baxılmasına zərurət yaranacaq.

Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan dərman vasitələrinin 95 faizini xaricdən alır: “Onlar xaricdən dollarla alınır. Dolların da manata nisbəti dəyişdiyinə görə həmin dərmanların qiymətləri dəyişəcək. Buna görə də ya Tarif Şurası dollar-manat nisbətinə uyğun indeksasiya tətbiq etməklə qiymətlərə yenidən baxmalıdır, ya da qiymətlər sərbəst buraxılmalıdır. Çünki sahibkar onu bu qiymətə gətirə bilməyəcək”.

M.Quliyev hesab edir ki, dərmanların qiymətləri sərbəst şəkildə müəyyənləşdirilərsə, onda yalnız həyatı vacib dərmanların qiymətləri dövlət tərəfindən tənzimlənməlidir.

Deputatın fikrincə, Tarif Şurası tərəfindən tənzimlənən dərmanların qiymətlərinin hansı səviyyədə arta bilməsi dərmanların hansı ölkədən və dolların hansı məzənnəsi ilə alınmasından asılıdır.

M.Quliyev deyib ki, ölkədə səhiyyə xidmətlərinin bahalaşması gözlənilə bilər: “Amma bu, indi deyil, bir müddət sonra baş verə bilər. Manatın dollar və avroya nisbətən məzənnəsinin dəyişməsi səhiyyə xidmətlərinin artması üçün əsas səbəb deyil. Müəyyən xidmətlərin, xəstəxanaların aldıqları avadanlıqların və materialların qiymətlərinin artması səhiyyə xidmətlərinin qiymətlərinə də təsir edəcək”.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci il 14 aprel tarixli Qərarına əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib. Bu il sentyabrın 15-dən ölkədəki dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyənləşdirdiyi vahid qiymətlə satılmasına başlanılıb.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.