Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarını təbrik edib.
Təbrikdə prezident institutun əməkdaşlarını təhsil ocağının 80 illik yubileyi münasibətilə təbrik edib: “Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu yarandığı vaxtdan bəri ötən müddət ərzində nailiyyətlərlə dolu zəngin və şərəfli bir yol keçmişdir. İnstitutun təşəkkülündə böyük xidmətləri olmuş görkəmli alimlərin fədakar əməyi və işıqlı xatirəsi bu yubiley günlərində ehtiramla yad edilir. Onların yaratdıqları ənənələr və formalaşdırdıqları tibbi mühit respublikada səhiyyənin inkişafına misilsiz töhfədir.
Azərbaycanda müntəzəm surətdə gerçəkləşdirilən sosial yönümlü siyasət səhiyyə sisteminin müasirləşməsinə, onun maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsinə xidmət edir. Həkimlərin təkmilləşdirilməsi, ixtisaslarının artırılması və davamlı tibb təhsilinin təşkili sahəsində mötəbər mərkəz kimi tanınan institutunuz elmin və praktikanın ahəngdar vəhdətinə nail olmuşdur. İnstitut əməkdaşları həyata keçirdikləri tədqiqatlarla, beynəlxalq forumlarda səhiyyənin aktual problemlərinə dair çıxışları ilə Azərbaycan tibb elminin dünyaya inteqrasiyasına təkan verirlər.
Əmin olduğumu bildirirəm ki, səhiyyə sahəsində ölkəmiz qarşısında dayanan vəzifələrin layiqincə yerinə yetirilməsində siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.